
Satınalma avadanlıqlarının e-tender.gov.az və digər platformalarda qeydiyyatı, uyğun tenderlərin monitorinqi, sənədlərin hazırlanması, elektron təqdimetmə və prosesin izlənməsini təmin edir.
Təchizatçı şirkətlərin e-tender.gov.az portalında qeydiyyat prosesinin tam və düzgün şəkildə aparılması.
Dövlət və özəl sektorda elan olunan tender və kotirovkaların davamlı monitorinqi, məzmun baxımından təhlili və uyğun imkanların müəyyən edilməsi.
Xidmət istiqamətinə uyğun ƏŞT-lərin (Əsas Şərtlər Toplusu) əldə edilməsi, ətraflı öyrənilməsi və təchizatçının institusional, maliyyə və texniki göstəricilərinə uyğunluğunun qiymətləndirilməsi.
Təchizatçıya dair tələb olunan sənədlərin mövcud normativ-hüquqi tələblərə uyğun şəkildə hazırlanması və formalaşdırılması.
e-tender.gov.az portalı üzərindən sorğuların göndərilməsi, şikayətlərin təqdim edilməsi, prosesin izlənməsi və prosedur baxımından tam müşayiəti.
Elektron satınalma sistemlərində tələb olunan sənədlərin düzgün şəkildə yerləşdirilməsi və texniki dəstəyin göstərilməsi.
Müqavilələrin hazırlanması və hüquqi ekspertizası, korporativ hüquqi müşayiət, hüquqi risklərin qiymətləndirilməsi, eləcə də müştərilərə məhkəmə və arbitraj proseslərində peşəkar dəstək göstərilməsi.
Proqram təminatı inkişafı, sistem inteqrasiyası, texniki dəstək və IT infrastruktur həlləri
Maliyyə planlaşdırması, investisiya məsləhəti, büdcə idarəetməsi və maliyyə analizi xidmətləri
İşə qəbul proseslərinin idarə edilməsi, kadr sənədləşməsi, əmək münasibətlərinin tənzimlənməsi, performansın qiymətləndirilməsi və əməkdaşların inkişafına yönəlmiş strategiyaların hazırlanması.
Brendin tanıdılması və mövqeləndirilməsi, bazar araşdırmaları, rəqəmsal və ənənəvi reklam kampaniyalarının hazırlanması, sosial media idarəçiliyi və satış strategiyalarının optimallaşdırılması.
Müvəffəqiyyət və böyümə həyata keçirən inteqrasiya edilmiş biznes həlləri təqdim edirik.